• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2278
— 23.09.2023 19:56

"Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir"

Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb. Prezidentin köməkçisi qeyd edib ki, Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib."Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik", - H.Hacıyev əlavə edib.