• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 22.09.2023 13:42

Güləşçimiz erməni rəqibini yenərək finala yüksəlib

KepezTV Player

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinal görüşünə çıxıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda Ermənistan təmsilçisi Malxas Amoyanla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Süleymanov həm həlledici qarşılaşmaya vəsiqə qazanıb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Güləşçi qızıl medal uğrunda qırğızıstanlı Akjol Mahmudovla görüşəcək. Azərbaycanın daha iki yunan-Roma güləşçisi - 82 kqda çıxış edən Rafiq Hüseynov və 55 kq-da Eldəniz Əzizli də finala yüksəlib.