Ötən gün Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti Gəncə şəhərinin mərkəzi meydanında quraşdırılan monitor vasitəsi ilə də yayımlanıb. Şəhər sakinləri dövlət başçısının lokal antiterror tədbirlərinin nəticələri barədə fikirlərini dinləyiblər.
Balabəy Qədirov- sakin: "Azərbaycan xalqı öz konstitusiya hüquqlarından istifadə edib, dünən separatçılara qarşı mübarizəyə başladı və bu gün də qalib gəldi. Azərbaycan xalqı bu günü çoxdan gözləyirdi. Çünki artıq səbr kasası dolmuşdu. Cənab prezidentin təmkini, cəsarəti, onun “Dəmir yumruğ”u ilə bu zəfər əldə olundu".
Məhəmməd Dimanov- sakin: "Mən çox şadam ki, rəşadətli Azərbaycan Ordusu yenidən zəfər çaldı və ermənilərə öz gücümüzü təkrar göstərdik. Fəxr edirəm ki, mən özüm də rəşadətli Azərbaycan ordusunda 44 günlük müharibədə iştrak etmişəm".
Əhməd Hüseynov- sakin: "Biz də Azərbaycan xalqı olaraq cənab prezidentimizə əsgərlərimizə, komandirlərimizə təşəkkür edirik ki, bizə bu qələbəni yaşatdılar".
- Baxış: 159