• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 21.09.2023 11:57

Azərbaycan MN sülhməramlıların həlak olması ilə əlaqədar Rusiya tərəfinə başsağlığı verib

KepezTV Player

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb. Hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar. Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına başsağlığı verib.