• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 20.09.2023 10:50

Güləşçimiz Dünya Çempionatında ikinci olub

KepezTV Player

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ikinci yeri tutub. 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Bəhreyn təmsilçisi Axmed Tajudinova məğlub olub. Bununla M.Maqomedov dünya çempionatının gümüş medalını qazanıb. Qeyd edək ki, Maqomedxan Maqomedov finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.