• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2282
— 18.09.2023 17:12

Tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılıb

KepezTV Player

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları bu gündən tədavülə buraxılıb. İmza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib. Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq saxlanılıb. Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.