• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1558
— 15.09.2023 13:05

Azərbaycan şahmatçıları Avropa çempionatında uğur qazanıblar

KepezTV Player

Rumıniyanın Mamaya şəhərində keçirilən şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub. Ümumilikdə çempionatda 47 ölkədən 928 şahmatçı mübarizə aparıb. Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıblar. İdmançılarımız Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdırlar.