• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2205
— 13.09.2023 20:27

Azərbaycanda əhali pullarını daha çox qidaya xərcləyir

KepezTV Player

Hər birimizin aylıq xərcləri əldə etdiyimiz gəlirlərə uyğun olaraq dəyişir. Bəziləri aldığı maaşı bir neçə gün ərzində xərcləyib, ayı borcla başa vurur, bəziləri isə qənaətlə idarə edir. Maraqlıdır, bəs şəhər sakinləri öz qazanclarını necə idarə edirlər? Ən çox nəyə pul xərcləyirlər?

Şəhər sakini: “Evin ərzağına, kommunal xərclərə”.

Şəhər sakini: “Ərzaq, ev əşyaları”.

Şəhər sakini: “Kirayə, kommunal, ərzaqların da qiyməti gündən-günə artır”.

Şəhər sakini: “Kommunala, ərzağa, ayrı heç nəyə getmir”.

Şəhər sakini: Ancaq dərmana”.

Göründüyü kimi əhali, pulunu daha çox qidalanmaq üçün sərf edir. İkinci yerdə isə kommunal xərclər yer alır.

Məsim Abadov- iqtisadçı: “İnsanların daha çox istifadə elədiyi, daha çox xərc çəkdikləri birinci növbədə qidadır. Çünki qida insnaların tələbatını ödəmək üçün, onların yaşayışını, gündəlik enerji təlabatını ödəmək üçün vacib olan kriteriyadır və bu qidada da çeşid müxtəlif olmalıdır ki, insan orqanizmi üçün minimal vitaminlər, makro-mikro elementlərdir, bunları ala bilsin. Geyimlərə çox vaxt ayırmaq istəmirəm. Çünki bunlar həm istehlak səbətində yeri az göstərir, həm də insanlar onlara təlabatı özləri nizamlaya bilirlər. Bundan başqa kommunal xərclərdir hava ilə nizamlanır. Çünki hava soyuq olanda qaz sərfi artır. Qış oldu, gün gödəlir, işıq sərfi artır, yay olur su sərfi artır. Bunları artıq insanlar ətraf mühitə görə nizamlayırlar”.

2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246, əmək qabiliyyətli əhali üçün 261, pensiyaçılar üçün 199, uşaqlar üçün isə 220 manat məbləğində müəyyən edilib. Amma istehlak səbəti üçün təyin olunan məbləğ reallıqda olan xərclərlə üst-üstə düşmür”.

Məsim Abadov- iqtisadçı: “Bu rəqəm 300-350 manat arasında olmalıdır. Çünki bugünkü reallıqla götürəndə qiymətlərdə fərq var. Bizdə problem nədədir. Əməkhaqqı artırılırsa və ya istehlak səbətinin qiyməti reallığa uyğunlaşdırılırsa, bazar da ona uyğun olaraq qiymətini qaldırır. Ona görə bizdəki maaş həmişə reallığın dalınca qaçır. Ona görə də bugünki reallıqda istehlak səbətinin dəyəri bazar qiymətləri ilə müqayisədə ödəmir”. Ümumilikdə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən, 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Aişə Rzayeva