• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 12.09.2023 13:28

Ermənilər yenə təxribata əl atdılar

KepezTV Player

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıb. Matçın ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub. Bu səbəbdən görüşdə bir müddət fasilə yaranıb. UEFA-nın bu təxribata görə Ermənistan Futbol Federasiyasına hansı cəzanı verəcəyi maraqla gözlənilir. Bu arada AFFA qeyd olunan təxribatla bağlı UEFA-ya müraciət edəcək. Bu barədə milli assosiasiyanın mətbuat xidmətindən məlumat verib. Oyundakı biyabırçılıqlar bununla da bitmir. Matçın gedişatı zamanı əvvəlcə erməni azarkeşlər arasında mübahisə yaranıb. Sonra mübahisə kütləvi davaya çevrilib. Olaya polis müdaxilə edib. Oyun meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.