• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 15.03.2023 15:59

Bayramla əlaqədar Bakı-Ağstafa qatar reyslərinin sayı intensivləşdirilir

KepezTV Player

“Azərbaycan Dəmir Yolları” QSC mart ayının 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək. Qurumdan verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə sayca 2-ci reys təyin edir. Müvafiq tarixdə Bakı Dəmiryol Vağzalından saat 8.25-də yola düşən qatar mənzilbaşına saat 13.20-də çatacaq. Ənənəvi qrafik üzrə isə hər gün saat 8:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.