• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 11.02.2023 20:01

Qardaş ölkəyə bölgələrdən humanitar yardımlar yola salınır

KepezTV Player

Ötən gün Gəncədən 7 Tır Türkiyədə baş verən zəlzələdə əziyyət çəkənlərə kömək məqsədilə qardaş ölkəyə yola salındı. Hazırda Gəncədəki toplanış məqtəqəsinə yardımlar gəlməkdə davam edir.
Pakizə nənə kimi yüzlərlə sakin gücü çatandan gətirərək qardaş Türkiyəyə göndərməyə can atır. Gəncədəki toplama məntəqəsinə gətirilən hər şey zəlzələdən əziyyət çəkənlərə kömək etmək məqsədi daşıyır.
Qardaş Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlər üçün Gəncədən növbəti hümanitar yardım göndərilir. Avtomobilə yorğan, döşək, qalın paltarlar eləcə də əlcəklər yüklənir.
Gəncə və ətraf rayonlarla yanaşı Balakən, Zərdab, Beyləqan, Fizuli və Oğuz rayonlarından da yağılan yardım Gəncəyə gətirilib.
Səhər saatlarından başlıyaraq toplama məntəqəsinə gətirilən yardımlar təyin olunan yük avtomobillərinə yığılır. Sonra isə zəlzələdən əziyyət çəkənlər üçün yola salınacaq.

Elnur Vahidoğlu