• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 08.11.2022 20:07

Türkiyənin hərbiyönümlü QHT-ləri Nizami yurduna səfər ediblər

KepezTV Player

Türkiyənin hərbiyönümlü Qeyri-Hökumət Təşkilatları Gəncəyə səfər ediblər. Səfər çərçivəsində qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Qardaş ölkədən gələn nümayəndələr 8 Noyabr – Zəfər Gününün qeyd olunduğu ikinci ildə Gəncədə olmaqdan və Azərbaycan xalqının sevincini bölüşməkdən şərəf duyduqlarını bildiriblər. Türkiyənin istər sülhdə, istər savaşda daim Azərbaycanın yanında olduğu vurğulanıb. Görüşdən sonra qonaqlar Nizami yurdunda bir sıra yerlərdə olublar, o cümlədən Nuru Paşanın Ev Muzeyini ziyarət ediblər.