Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.06.2026 17:41

Paşinyan 2026-cı ildə TRIPP layihəsi üzrə tikinti işlərinin başlayacağını gözləyir

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, ölkə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsi çərçivəsində tikinti işlərinə bu il başlamağı planlaşdırır. Onun sözlərinə görə, layihə üzrə mühəndislik, maliyyə və logistika məsələləri üzərində işlər davam edir və hazırda siyasi və maliyyə maneələri yoxdur. Paşinyan həmçinin Ermənistanla ABŞ arasında mühüm ikitərəfli sənədin yaxın vaxtlarda ratifikasiya olunacağını və bundan sonra layihənin icra mərhələsinə keçiləcəyini bildirib.