• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 09.04.2022 20:55

"Kəpəz"in sabiq məşqçisi "Ayntraxt" yolunda

KepezTV Player

Tərəflər müqavilə ilə bağlı bütün detallarda razılığa gəliblər. Etibar İbrahimov Bundesliqa təmsilçisi ilə sonradan 2 il də artırılması mümkün olan 1 illik müqavilə bağlayacaq. Məşqçi "Aytraxt"da əmək fəaliyyətinə Çində başlayacaq. Belə ki, klub Asiya ölkəsində açdığı akademiyada həmyerlimizə iş verib. İbrahimovun təyinatında 17 və 19 yaşlılardan ibarət Azərbaycan və Hindistan millilərində vaxtilə birlikdə çalışdığı Frankfurt klubunun beynəlxalq əlaqələr üzrə idman direktoru Nikolay Adamın da rolu olub. Təcrübəli mütəxəssis İbrahimovu klub rəhbərliyinə məsləhət görüb. Televiziyamıza danışan Etibar müəllim təklifin gözlənilməz olduğu bildirib. Etibar İbrahimov gələcəkdə Avropada çalışmaq arzusundadır. Pro kateqoriyalı məşqçi ona göstərilən etimadı doğruldaraq istəyini reallaşdırmaq niyyətindədir. Etibar müəllim viza ilə bağlı məsələni həll edən kimi Almaniyaya anlaşmaya imza atmağa, oradan da Çinə yollanacaq. Asiya ölkəsində çalışdırıcı tək olmayacaq. Bu 45 yaşlı məşqçinin "Ayntraxt"la ilk əməkdaşlığı deyil. İbrahimov əvvəllər alman komandasında ixtisasartırma kurslarında da iştirak edib.