• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 01.04.2022 12:21

Cibgirlik edən qardaşlar saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliağa Adıgözəlov saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman əlindəki qutudan 1 ədəd “TOZ” markalı odlu silah aşkar edilərək götürülüb. Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cari ilin müxtəlif vaxtlarında qardaşı Umud Adıgözəlov ilə birlikdə sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etmələri məlum olub. Araşdırma zamanı həmin şəxslərin 4 vətəndaşın çantasından mobil telefon oğurladıqları müəyyən edilib. Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.