Bu günə xəbərlərin oxunma sayı: 666
— 04.09.2026 17:17

Rayonlarda leysan yağacaq

Azərbaycanda qarşıdakı günlərdə yağışlı hava şəraiti gözlənilir. Sentyabrın 5-i günün ikinci yarısından dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacaq.Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi də istisna edilmir.