• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 987
— 01.03.2022 22:14

ADAU-da "Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş tədbir keçirilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetinin "Həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının təşkilatçılığı ilə "1 Mart - Ümumdünya Mülki Müdafiə Günü" münasibətilə tədbir keçirilib. Tədbir zamanı diqqətə çatdırılıb ki, əsas məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir.Həmçinin o da vurğulanıb ki, Vətən müharibəsi zamanı raket zərbələri nəticəsində zərərçəkən günahsız insanların təxliyəsi diqqət mərkəzində olub.

Nemət Hacıyev dosent: Bir vətəndaş olaraq, bir insan olaraq onu arzu edirik ki, müılki əhali üçün heç vaxt, əsasən də hərbi istiqamətdə onların həyat və fəaliyyəti üçün təhlükə yaranmasın. Mülki müdafiə sahəsində fəaliyyət göstərən bir insan olaraq, hər bir vətəndaşımıza, hər bir ölkə vətəndaşına açıq səma,sülh və əmin-amanlıq arzulayırıq.

Eldar Zeynalov ADAU-nun kafedra müdiri: Xüsusən 44 günlük müharibədə həm müharibə gördük, həm terror yaşadıq. Bu mülki müdafiənin önəmli məsələlərindən biri budur ki, mülki əhalinin hazırlanması, qorunması, köçürülməsi, sığınacaqlardan və fərdi tibbi mühafizə vasitələrindən düzgün istifadə olunması, o vərdişlərin mənimsənilməsi günün əsas məsələlərindən biridir. Eyni zamanda Azərbaycan Dövlət Aqrar Universiteti bu tədbirlərə hər zaman olduğu kimi, paralel olaraq bütün tədris binalarının sığınacaqları, əhalinin mülki müdafiəyə hazırlığı, tələbələrin mülki müdafiə biliklərinə yiyələnməsi qabağımıza qoyulan günün vacib məsələsidir.

Qeyd olunub ki, respublikada neft-qaz sənayesinin inkişafı, ölkəmizin yerləşdiyi təbii-coğrafi şərait texniki və təbii mənşəli fövqəladə halların baş vermə ehtimallarını istisna etmir. Növbəti yenilik isə bu sahədə yeni ixtisasın yaradılması ilə bağlıdır.

Eldar Zeynalov ADAU-nun kafedra müdiri: Hal-hazırda həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasına "həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası verilib. Mən 21-ci əsrin ixtisası olaraq, dünyada önəmli sahə olduğu üçün, gənclərimizə ixtisas seçərkən, bizim ixtisasları seçməyi tövsiyə edirəm. Ona görə gələcəyin ixtisasıdır bu bir, ikinci də hal-hazırda həmin ixtisas Texniki universitetdə, Memarlıq və inşaat universitetində və FHN Akademiyasında tədris olunur. Yəni hər yerdə iş yeri olan, vacib sahə olan, gələcəyi olan və perpektivi olan bir ixtisasdır.

Tədbirin davamında mülki müdafiə sahəsində əhalinin hazırlığı üçün qurumlararası koordinasiyanın təşkili, fövqəladə halların təsirinin minimuma endirilməsi, risklərin idarə edilməsi, irimiqyaslı fövqəladə hallar zamanı əhalinin həyat təminatının təşkili ilə bağlı təqdimatlar dinlənilib.

Valeh Anaroğlu