• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2397
— 27.02.2022 20:02

Belaruslu alim embrion transferinin üstünlüklərindən danışıb

KepezTV Player

Ölkədə iribuynuzlu heyvanlarının baş sayı artırılmaqla onlardan alınan südün keyfiyyətinin yüksəldilməsi də qarşıda duran əsas vəzifələrdəndir. Embrion transferlə alınan balalar daha çox bu məqsədə xidmət edir. Elmi Tədqiqat İnstitutunda  “İri buynuzlu heyvanlarda embrion transferinin əhəmiyyəti” mövzusunda təşkil edilən seminarda Belarusdan olan mütəxəssis ölkəsinin təcrübəsi ilə bölüşüb.

Hazırda iribuynuzlu heyvanların saxlanıldığı təsərrüfatlarda bala sayının artırılması, ölüm faktının olmaması aktual məsələlərdən biridir. Heyvanlarda embrion transferi isə yüksək döllülük xüsusiyyətlərə malik olmaqla ət və süd istehsalında məhsuldarlığın artmasına hesablanıb. 20-a yaxın bölgədən 55 fermerin və kənd təsərrüfatı mütəxəssislərinin iştirak etdiyi seminarda Belarusun Qrodno Dövlət Aqrar Universitetinin dosenti Aleksandr Deşko ölkəsinin bu baxımdan təcrübəsindən danışıb.

Aleksandr Deşko  Qrodno Dövlət Aqrar Universitetinin dosenti: Səfərimin məqsədi yerli fermerləri elmdəki yeniliklərlə, embrion transferi metodu ilə  tanış etməkdir. Embrionların transferi bizdə geniş tətbiq olunur. Bu bizə inək, qoyun, at və digər heyvanların sayını, məhsuldarlığını artırmağa imkan verir. Transfer olmadan məhsuldarlığa nail olmaq üçün vaxt və vasitələri itiririk. Ancaq bu yolla biz aqrar sahənin inkişafına nail oluruq. Innovasiya texnologiyalarının tətbiqi olmadan kənd təsərrüfatında nailiyyətlər mümkün deyil. Embrion transferlə 15 ildə əldə edəcəyimiz göstəricini 5 ildə əldə edə bilərik.

Embrion transferinin üstünlüyü bilavastə heyvanların damazlıq xüsusiyyətlərinin yaşılaşdırılması, eləcə də damazlıq heyvanların alınmasına hesablanıb. Bu da Respublikamızda yerli cinslərin sayının artırılması ilə yanaşı xaricdən gələn heyvanların sayının azadılmasına da kömək edəcək.

Mahir Hacıyev HETİ-nin direktoru: Burada əsasən heyvanların cins yaranması, bunlardan yüksək keyfiyyətli buğaların alınması, süd məhsullu heyvanların alınması istiqamətində işlərin aparılmasıdır. Süni mayalanma isə baş sayının artırılmasıdır. Bu iki üsulda inkişaf etdirilməlidir.

Asim Abuzadə  fermer: Qəbələ rayon Vandam qəsəbəsində yaşayıram. Süni mayalanma mütəxəsisiyəm, baytar həkim kimi fəaliyyət göstərirəm. Mal-qara saxlayıram. Embrion köçürmə təsərrüfatda böyük irəliləyiş verir. Ən çox malların cinslərinin yaxşılaşdırılmasında bu yaxşı effet verər.

Seminarda təsərüfat rəhbərlərinin, fermerlərin yeni tətbiq olunan embrion transferi üsulu metodu barədə sualları da cavablanıdırlıb.

Elnur Vahidoğlu