• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1648
— 26.02.2022 20:18

İdman məktəbində tikinti işləri davam edir

KepezTV Player

Gəncədə sahəsinə görə ən böyük idman kompleksi olan 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində hazırda əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Çəkiliş qrupumuz davam edən tikinti işləri ilə yaxından maraqlanıb. İnşaat işləri nə yerdədi, istifadəyə verildikdən sonra idman məktəbində hansı yeniliklər olacaq? Bu suallara cavabı qarşıdakı sujetdə tapacaqsız.

Əvvəlki adı Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialı olan və şəhərdə idmançılar üçün əsas baza rolunu oynayan məktəb Sovet dönəmində, daha dəqiq desək, 1980-ci ildə istifadəyə verilib. 40 ildən çox yaşı olan idman qurğusu uzun müddət istismar olunduğundan yararsız hala düşmüşdü və əsaslı şəkildə təmirə ehtiyac var idi. Bu nəzərə alınaraq  2020-ci ildə Gəncə ilə yanaşı regionda da ən böyük idman ocağında yenidənqurma işlərinə başlanıb.

İdman qurğusunda olimpiya idman növləri üzrə müxtəlif təyinatlı zalların, eləcə də inzibati binanın daha müasir formada inşası nəzərdə tutulub. Burada 4 futbol meydançasının salınması da planlaşdırılır ki, bunlar təbii və süni olmaqla istənilən mövsümdə futbolçuların sevimli idman növü ilə məşğul olmasına imkan yaradacaq.

Hazırda inşaat işlərində 100 nəfərə yaxın işçi heyəti çalışır. Tikintinin vaxtında təhvil verilməsi üçün yaz aylarında işçi qüvvəsinin daha da artırılması planlaşdırılır. Məktəbin isə 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.