• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 14.02.2022 12:30

Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun rəsmi qüvvəyə minib

KepezTV Player

Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında Qanun Türkiyənin "Resmi Gazete"sində öz əksini tapıb. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzalayıb. Qanuna əsasən 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edilir. Qanun dərc olunduğu gündən qüvvəyə minir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında qanunu bu ilin 12 fevral tarixində imzalayıb.