• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1764
— 13.02.2022 20:36

WiFi-lı kartlardan təhlükəsiz istifadə

KepezTV Player

Hazırda rəqəmsal ödənişlər, xüsusilə də ödəniş kartları ilə aparılan nağdsız əməliyyatlar həyatımıza daha dərindən nüfuz etməkdədir. Belə olan halda, ödəniş kartlarından istifadə ilə bağlı təhlükəsizlik məsələləri də xüsusi olaraq gündəmə gəlir. Xüsusilə də son zamanlar geniş istifadə olunan Wifi- lı kartlarda. Bəs vətəndaşlar nələrə diqqət etməlidir? Mütəxəsislər nə tövsiyyə edir? Sıradakı materialımızda biləcəksiz.

Ölkəmizdə gün ərzində onlarla ödəniş həyata keçirilən, yaxud yüzlərlə müştərisi olan portallara rast gəlmək mümkündür. Bu ödənişlərin əksəriyyəti də ödəniş kartlarından istifadə etməklə reallaşdırılır. Hər bir ödəniş alətinin öz üstün və riskli tərəfləri olduğu kimi, ödəniş kartlarının da istifadəsində müəyyən risklər mövcuddur. Xüsusilə də son zamanlar daha çox istifadə olunan Wifi-lı kartlar zamanı. Bu kartlardan müəyyən alış- veriş mərkəzlərində, mağazalarda istifadə edən zaman kartın şifrəsini belə yazmağa ehtiyac yoxdur. Kartı poeterminala yaxınlaşdırdıqda ödəniş avtomatik hesabdan çıxılır. Bəs bu kartlardan istifadə zamanı müştərilər necə davranır?

Mütəxəssislərin sözlərinə görə Wifi-lı kartlarla ödəniş edən zaman 100 azn-nin üzərində olan nağdsız əməliyatlar zamanı kartın pin kodu tələb olunur. Məbləğ az oduqda isə heç bir kod tələb olunmur. Əməliyyatların daha da sadə olması üçün yaradılan bu sistem müştərilərin rahatlığı üçün düşünülüb.

İstifadəçilərə olunan tövsiyyələr isə sadədir. Nağdsız ödənişlərdən kifayət qədər etibarlı yerlərdə istifadə etmək, kart məlumatlırını heç kəslə bölüşməmək, itirildiyi halda dərhal kartın aid olduğu bank vasitəsilə bloklamaq hesabdakı vəsaitin təhlükəsziliyini təmin edə bilər.

Aişə Rzayeva