• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 09.02.2022 21:28

Yeni yaradılan laboratoriyada seleksiya işləri aparılır

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əldə olunan razılığa əsasən ölkəmizdə yeni pambıq sortunun üzərində seleksiya işləri aparılır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu tərəfindən pilot layihənin icrası üçün yeni laboratoriya yaradılıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə kənd təsərrüfatında  xəstəliklərə, quraqlığa, şoranlığa qarşı elmi tədqiqat işləri aparılır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun seleksiyaçıları tərəfindən Genetika laboratoriyasında "Gəncə 78" və "Gəncə 80" pambıq sortunun elit toxumları AMEA-nın Radiasiya İnstitutu tərəfindən verilən metodiki göstəriş əsasında hazırlanır.

Ələddin Tağıyev BMTBETİ-nin şöbə müdiri: Seleksiya imkanlar yaradır ki, müxtəlif genetiklərdən əmələ gəlir və onun içində seçim imkanları çoxalır. Klassik seleksiya prosesində 12 ilən alınan proses 7-8 ilə alamaq olur. Burada nadir nümunələr, formalar alınır ki, başqa metoddan almaq mümkün deyil. Tədqiqatın nəticəsində müxtəlif formalar yaradılıb, bu da seleksiya işinə cəlb edilib.

Elmi işçilər tərəfindən yeni yaradılan laboratoriyada müasir avadanlıqlardan istifadə edilərək sortlar üzərində araşdırmalar aparılır. Artıq müəyyən nəticələr də əldə edilib. Bu isə şübhəsiz ki, kənd təsərüfatı sahəsində yenilik hesab olunur.

İntizar Zeynalova  BMTBEİ-nin elmi işçisi:Bu metod yeni sortların yaradılması prosesini qısaldır. Aparılan tədqiqatın əsas məqsədi qamma şüasın müxtəlif dozaların pambıq bitkisinin toxumuna təsirindən irsi dəyişkənliyin və seleksiya üçün bu kompleksi özündə cəmliyən başlanğıc mayerialın alınmasıdır. Təcürəbə üzərində müşahidələr aparırıq. Dəyişkən bitkilərin qeydiyyatı aparılıb. Xam pambığın yığımı fərdi yığımından başlamışdı. Fərdi yığımın da hər birinin təhlili aparılmışdı.

Laboratoriyada həmçinin sudan səmərəli istifadə, torpağın münbitliyinin yaxşılaşdırılması və qida maddələrinin pambıq bitkisi altında idarə edilməsi məqsədi ilə mütərəqqi kənd təsərrüfatı təcrübələrinin öyrənilməsi istiqamətində fundenmental tədqiqatlar da aparılacaq.

Fariz Ələkbərov BMTBETİ-nin direktor müavini: Pmbıq bitkisinin becərildiyi ərazilərdə torpağın şoranlılığı məsələləri, suvarma suyunun çatışmazlığı, mövcud su resurslarından səmərəli istifadə, eyni zamanda pambıq bitkisi  altında torpağın münbitliyin davamlı olaraq yaxşılaşdırılması istiqamətində bu gün yeni yanaşmalara ehtiyac var. Bunun bizim inistitutda sınaqdan keçirilməsi və əldə olunmuş uğurlu layihələrin uğurlu nəticələrin fermer arasında  yayılması bacib amillərdəndir.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun elmi işçiləri tərəfindən yaradılan 12 pambıq sortu fermerlər tərəfindən sahələrdə əkilir. Həmin sortlardan yüksək məhsul yığılır. Yeni pambıq sortlarından da gözləntiləri böyükdür.

Elnur Vahidoğlu