• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1865
— 08.02.2022 19:53

Uşaqlara peyvənd olunması vacibdir

KepezTV Player

Azərbaycanda bəzi valideynlər uşaqlarını peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri isə uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Üçüncü qrup valideynlər isə bunun sadəcə "seçimə buraxılmalı olduğuna" inanır.

Səhiyyə Nazirliyi ölkə üzrə peyvənd planının 95-97 faiz yerinə yetirildiyini bildirsə də, peyvənddən imtina edənlərin cüzi də olsa artdığını qeyd edib. Milli peyvənd təqdiminə əsasən, uşaqlar 6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vaksinlər vurulur. Dövlət tibb müəssisələrində proses pulsuzdur, özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir. Bəs Gəncədə valideynlərin övladlarını peyvəndləməyə cəlb etməsi üçün nələr edilir.

Peyvənd vurdurmağa valideynlər səthi yanaşsa da bu vacib amillərdən biridir. Vaksinasiyadan əvvəl həkim körpəni hər tərəfli müayinə edir, əgər balaca tam sağlamdırsa onda lazım olan iynə və ya damcı uşaqa tətbir olunur.

Vaksinasiyadan ağır hallar, ölüm hadisələrinin baş vermədiyini əsas gətirərək, valideynlərə yoluxucu xəstəliyin fəsadları ilə üzləşməmək üçün övladlarına peyvəndləri vurdurmaq məsləhət görülür. Bu körpələrin həyatını riskə atmamaq baxımından da önəm daşıyır.

 

Nərgiz Əhmədqızı