• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 25.01.2022 12:10

Gəncə-İstanbul reysi ləğv olunub

KepezTV Player

Türkiyədə yağan güclü qar səbəbindən bu gün reallaşdırılmalı olan İstanbul-Gəncə-İstanbul təyyarə reysi baş tutmayıb. Gəncə Beynəlxalq Aeroportundan televiziyamıza verilən məlumata görə, qrafik üzrə İstanbula uçuşlar həftənin ikinci günü saat 13:20 və şənbə günü saat 11:15-də həyata keçirilir. Əgər şənbə gününə kimi hava şəraiti düzəlsə planlaşdırılan reys baş tutacaq və bu gün üçün uçuş bileti olanlar həmin reyslə yola salınacaq. İstanbula uşuş istisna olmaqla dünən və bu gün üçün nəzərədə tutulan təyyarə reyslərinin hərəkətində problem yoxdur. Bu gün saat 12:05-də olan Gəncə-Sank Peterburq təyyarəsi Gəncə hava limanından yola salınıb.