• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2263
— 27.11.2021 19:49

Peyvənd olunandan nə qədər sonra yoluxma riski artır?

KepezTV Player

Azərbaycanda gündəlik peyvənd olunanların sayı artdıqca virusdan dünyasını dəyişənlərin sayı azalmağa başlayıb. Bu müsbət tendensiya artıq bir müddətdir ki, davam edir. Ancaq bu insanlarda arxayınlıq yaratmamalıdır. Mütəxəssislərin sözlərinə görə  peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Bu da onu deməyə əsas verir ki, həkimlər tərəfindən məsləhət bilinən bütün dozaların vurulması mütləqdir.

İsraildə koronavirusa qarşı Pfizer peyvəndi ilə tam vaksinasiya olunmuş 80 000 vətəndaşın elektron tibbi qeydləri araşdırılıb. Alimlər belə qənaətə gəliblər ki, COVID-19-a yoluxma riski peyvəndin ikinci dozasından 6 ay sonra nəzərəçarpacaq dərəcədə artmağa başlayır.

Arzu Abdullazadə həkim:Ənənəvi olaraq karonavirusun müalicəsində vaksinləmə üsulu birinci yer tutur. Artıq Azərbaycanda demək olar ki, əhalinin 4 milyon 500 mini 2 doza vaksinləin hamsını alıbdır. Lakin buna baxmayaraq 2 ci dozanın vurulmasından 6 ay sonra bədəndə əmələ gəlmiş imunitet zəifləməyə başlayır və maska taxılmayan təqdirdə insanlarda yoluxma baş verə bilər.

Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Ona görə də həkimlər tövsiyyə edir ki, ÜST tərəfindən məsləhət görülən bütün peyvəndlər vurulmalıdır. Həmçinin 3-cü doza vaksin də.

Arzu Abdullazadə  həkim:Büstor doza deyilən 3 cü dozanın vurulması bu dəq ən önəmli faktorlardan biriidir. Tövsiyyələrə görə 6 aydan sonra 3 cü doza vurulması koronavirusdan qorunmaq üçün ən vacib üsulardan biriidir. Bu ələxsus da 65 yaşından yuxarı insanlara aiddidr.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, hətta birinci doza ilə peyvəndləndikdən sonra belə virusa yoluxan şəxslərdə virus yükü əhəmiyyətli dərəcədə aşağı olub. Bu da onu deməyə əsas verir ki, istənilən doza peyvəndin tətbiqi virusa yoluxmağın qarşısını almaqla yanaşı, insanlar arasında yoluxma hallarının ciddi azalmasına və yüngül keçirməsinə gətirib çıxarır.