Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.11.2025 13:55
Daxili işlər naziri Gürcüstana səfər edib, birgə saziş imzalanıb
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfərində Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşüb. Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib. Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.
- Baxış: 35
