• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1087
— 16.05.2021 20:42

Qara yara və dabaq əleyhinə vaksinasiya aparılır

KepezTV Player

Yaz-yay mövsümündə xırda buynuzlu heyvanlar arasında ən çox rast gəlinən və yayılan infeksion xəstəliklər qara yara və dabaqdır. Məhz elə bunu nəzərə alan Goranboy rayonunun baytarları təsərrüfatlarda bəslənən heyvanların vaksinasiyasına başlayıb.

Goranboyda baytarlıq tədbirləri iri və xırda buynuzlu heyvanlar arasında aparılır. Aprelinn ortalarından başlıyaraq xırda buynuzlu heyvanlar qara yara, iri buynuzlular isə dabaq əleyhinə vaksinasiya edilir. Artıq 135 min baş xırda, 34 min başdan çox iribuynuzlu heyvana peyvənd vurulub. Bundan başqa 40 min ev quşu nyukasl xəstəliyinə, 3810 sahibli it isə quduzluğa qarşı vaksinasiyadan keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən göndərilən dərmanlar təsərrüfatlara soyuq zəncir rejiminə riayət edilərək termoçamadanlarda gətirilir.

Elsəvər Hüseynov Baytarlıq İdarəsinin rəisi: Yaz mövsümü ilə əlaqədar olaraq heyvanların dağa getməsini nəzərə alaraq daha da işmizi gücləndirilmiş iş şəraitində həyata keçilir. Goranboy rayonun Baytarlıq idarəsində 18 sahə baytarlıq sahəsi fəaliyyət göstərir. Hər biri də kəndlər üzrə xidmət edir. Onların apardığı tədbirlər epzotik tədbirlər planına uyğun həyata keçilir. Dərmanların saxlanılmasında soyuq zəncir sisteminə əməl olunması və proflaktiki tədbirlər epzotik tədbirlər planına əsasən həyat keçilir. Hazırda epzotik durum sabitdir, heç bir infeksion xəstəlik aşkar edilməyib.

Goranboyda 140 min baş xırda buynuzlu, 35 min 391 baş iri buynuzlu, 1300 baş isə tək dırnaqlı heyvan bəslənir. Heyvanlarını yaylaqlara aparan təsərrüfat sahibləri baytar həkimləri tərəfindən təlimatlandırılır.

İlkin Rzayev  təsərrüfat sahibi: Özümün 150-ə yaxın xırda buynuzlu heyvanım var. 9 baş da iri buynuzlu malım var. Sağ olsunlar baytarlıq idarəsindən vaxtlıvaxtında vaksinasiyanı, dabağını vururlar, çiçəyini edirlər. Heyvanın dağa çıxması ilə əlaqədar olaraq həkimlər qara yara, dabağını vururlar.

Həmçinin baytar həkimləri peyvəndləmə işləri ilə yanaşı təsərrüfat sahiblərini heyvanların saxlanması, xəstəliklərdən qorunması, eləcə də yemləndirilmə ilə  bağlı da maarifləndirir. Vaksinasiyanın bu ayın axırana kimi başa çatması nəzərdə tutulur.

Elnur Vahidoğlu