• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1797
— 16.05.2021 20:34

Partiyalar prezident və baş naziri vəzifədən uzaqlaşdırmağa çağırıb

KepezTV Player

Ermənistanda siyasi partiyalar baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı və ölkə prezidenti Armen Sarkisyanı vəzifədən uzaqlaşdırmağa çağırıb. Çağırışı üç partiya, "Azadlıq", "Ərik ölkəsi" və "Milli Təhlükəsizlik" partiyaları irəli sürüb. Qeyd olunur ki, prezident və baş nazir vəzifələrini icra edən şəxslər öz səlahiyyətləri çərçivəsində işlərini yerinə yetirmədikləri üçün vəzifədən uzaqlaşmalıdır. Bundan başqa, onların barəsində cinayət işinin açılması da təklif olunub.

​Ter-Petrosyan müharibədəki məğlubiyyətin səbəblərini açıqladı

Ermənistan 23 il ərzində yürütdüyü avantürist və məsuliyyətsiz siyasətlə Qarabağ müharibəsində məğlubiyyətinə yol açıb. Erməni mətbuatının məlumatına görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib. Onun sözlərinə görə, Ermənistanın məğlubiyyətinin əsası 1998-ci ildə status-kvonun qorunub saxlanacağı ilə bağlı inamın yaranması ilə qoyulub. "Məğlubiyyətin tamamlanmasını isə Nikol Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deməsi ilə elan edib" - deyə Levon Ter-Petrosyan bildirib.