• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2357
— 16.01.2021 20:41

Milli qürur və dəyərimiz olan - Şuşa!

KepezTV Player

Şuşa - hərbi-strateji əhəmiyyətli, iqtisadi, siyasi, mədəni mərkəz kimi yaranan və  inkişaf edən şəhər. Havası büllur kimi saf və təbiəti şəfalı olan məkan. Şəhər kimi inkişafı Şuşanı, Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilməklə,həm də ahəngdar və poetik mədəniyyət mərkəzi olaraq şöhrətləndirmişdir.

Dağların zirvəsində, dəniz səviyyəsindən 1400 m yüksəklikdə yerləşir qədim Şuşa şəhəri. Yalçın qayaları,  zümrüd meşələri göz oxşayıb həmişə. Qala divarları ilə əhatə olunan şəhər havası şüşə kimi təmiz olduğundan Şuşa adlandırılıb. Azərbaycanın Üzeyir Hacıbəyov, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev, Xurşudbanu Natəvan, Xan Şuşinski kimi məşhurları da əslən bu torpaqdandırlar.

Bəyimxanım Cavanşirova Verdiyeva "Xan Şuşinski Fondunun" təsisçisi və rəhbəri: Atam Azərbaycan xalqının milli mənəvi sərvəti olan, muğamlarımızın dərin stullarından biri hələ 1747-ci ildə Qarabağ xanlıqlarının təməlini qoymuş Pənahəlixanın kötücəsi Xan Şuşinski 1901-ci ildə Şuşa şəhərində anadan olub. Babam Aslan ağanın Şuşa şəhərinin Çuxur məhlə deyilən yerində mərkəzdə mülkləri olub. Şuşanın ətrafında 3 kəndi olub. Atam xatirələrində söyləyirdi ki, o dövrdə evlərdə gözəl məclislər keçirilirdi. Atam Qarabağı, Şuşanı canından artıq sevirdi. Ömrünün sonuncu ilini o Şuşaya istirahətə gedə bilmədi. Yeganə arzusu o oldu ki, mənə Şuşadan Xarıbülbül gətirin. Əlində Xarı bülbül sanki söhbət edirdi. Şuşanın qaytarılmasına görə cənab prezidentə minnətdarlığımız bildiririk.

Şuşa yaylağı həmişə qonaqların oylağı olub. Burada sanki şəhərin bünövrəsi ilə məskən salıb musiqi, poeziya. Şuşa bu baxımdan mədəniyyətin beşiyi sayılır. Sanki vəhdət təşkil edir bu şəhərlə mədəni mühit.  Burada yetişən məhşur sənətkarlar həmişə Şuşaya yaradıcılıq hesabatı verməyə gəliblər.

Şahnaz Haşımova Xalq artisti: Mahnı oxuyur. Şuşa ümumiyyətlə həmişə toy bayramlı, olmuşdu. Bizdə dünya şöhrətlə Göygöl ansanbılımızla qastrol səfərlərinə gedirdik. Şuşada yaşıyan insanlar, Şuşaşnın ətrafında kəndlərində olan insanlar bizim konsertlərə gəlirdi. Bizi qonaqpərvərliklə, böyük sevgi ilə qarşıalyırdılar. Prezidentimiz mədəniyyətimizin paytaxtı adlandırıb. Mən özüm də bir əsgər kimi möhtərəm prezidentimiz haranı məsləhət görsə desə ki, Şahnaz xanım sən get o şəhərdə, rayonda, kənddə Azərbaycan incəsənətini inkişaf elətdir, gənclərin yetişdirilməsi, tədbirlərin keçirilməsini təşkil et mən hazıram. O əmri gözləyirəm.

Şuşa Qarbağın seyrangahıdır. Məhşur İsa bulağı, Qırxqız yaylağı, Cıdır düzü var. Elə vaxtı ilə təşkil olunan mədəni-kütləvi tədbirlərin oylağı olub bu yerlər. Ancaq unudulmayıb. Yaşayıb və yaşadılacaq Xarı bülbül festivalı, Vaqif poeziya günləri.

Əli Qasımov Gəncə Dövlət Dram Teatrının direktoru: Şəxsən Sovet dönəmində orada olmuşam. Biz orada Dram Teatrının qastrol səfərində iştirak etmişik. Çox gözəl, zəngin florası vardı. İnşallah yenə bu zənginlik təmin olunacqdır. Möhtərəm cənab prezidentin başladığı quruculuq, abadlıq işləri ilə aparılacaqdır. Şuşa gözəl şəhərə çevriləcəkdir. Keçirilən tədbirlər ölkəmizin simasını göstərəcəkdir. Şuşada Vaqif poeziya günləri keçiriləcəkdir. Vaqif poeziya günlərində iştirak etmək üçün Gəncə Dövlət Dram Teatrı da öz kollektivi ilə birgə çox möhtəşəm tədbirlər proqramı hazırlamağa çalışır və hazırlayacaqdır.

Şuşa Azərbaycan deməkdir, Şuşa Azərbaycan tarixi deməkdir. Bu diyar o qədər gözəldir ki, onu rəssamların tabloları belə aciz qalır vəsf eləməyə. İndi biz əbədi olaraq bu qədim diyarımızın sahibiyik.

Elnur Vahidoğlu