• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1447
— 07.01.2021 19:12

Pandemiya səbəbilə yaranan ailə-məişət problemləri

KepezTV Player

Hər birinsanın, hətta hər bir xalqın özünü təsdiq etməsində və inkişafında ailənin rolu böyükdür. Ancaq çox təəssüf ki, əsrin bəlasına çevrilən pandemiya bütün dünyada olduğu kimi ölkəmizdə də ailə münasibətlərinə ciddi zərər törətdi. Bəs belə həssas dönəmdə boşanmaların artmasına səbəb olan nədir? Pandemiya hansı mənada ailə münasibətlərinin bu şəkildə qırılmasına “təkan” olur?  Bu gün COVİD-19-un qarşısını almaq üçün  sosial təcrid və karantin  vacibdir. Lakin mütəxəssislər bildirirlər ki, bu ailə üzvləri arasındakı münaqişələr, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb olur. Pandemiya dövründə işsizliyin yaranması, insanların evdə oturması sosial problemlər yaratmaqla yanaşı, həm də onların psixoloji cəhətdən gərginləşməsinə səbəb olur..Ailədə yaşanan hər bir  mübahisə, münaqişə isə ilk növbədə uşaqlara təsir edir, bu təsir hətta uzunmüddətli olub, həyatı boyu da davam edən travmalar cevrilir bilər. Virusun özündən çox, onun törətdiyi fəsadlar cəmiyyətədaha cox ziyan vurur.  İndi hiss etməsək də gələcəkdə pandemiyanın demoqrafik  vəziyyətə ciddi zərər vurduğunun şahidi olacağıq. Xeyli müddətdir ki, öklədə qoyulan toy qadağası və boşanmalaın artması belə düşünməyə əsas verir.Ailələr bu həssas durumda daha dözümlü olmalı, bir-birilərinin qədrini bilməlidirlər. İnsana onun ailəsi qədər heç kim, heç nə yaxın və doğma ola bilməz. Azərbaycan ailəsində hər zaman qarşılıqlı anlaşma, valideynə, böyüyə ehtiram, ailənin hər bir üzvünə qayğı, hörmət, onlar üçün fədakarlıq kimi yüksək mənəvi keyfiyyətlər, mənəvi dəyərlər mövcud olub. Hazırkı situasiya bu xüsusiyyətlərin daha da inkişaf etdirilməsini tələb edir. Bu gün elə bir zamandır ki, hər kəs itirmək qorxusu ilə yaşayır. Sonradan peşman olmamaq üçün bir-birimizin qədrini bilməliyik, sevgi və məhəbbət göstərməliyik. Çünki həm ailə, həm də dövlət olaraq biz birlikdə güclüyük!.