• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2238
— 05.01.2021 14:18

Sağlam həyat tərzinin qızıl qaydaları

KepezTV Player

Oturaq həyat tərzi  son dövrlər qaçılmaz  hala cevrilib. Bunun ziyanlarını çoxları bilsə də, mübarizə aparmaq hələ də mümkün deyil. Ümumdünya bəlasına cevrilən pandemiya ilə əlaqədar tətbiq olunan karantin tədbirləri, insanlarda hərəkətsizliklə yanaşı, psixoloji gərilmələrə, təfəkkür və təxəyyül zəifliyinə gətirib çıxarır. "Daim oturaq həyat yaşayan adamlarda sinir pozuntusu, depresiya,  autoaqressiya halları müşahidə olunur. Belə insanlar imkan daxilində idmanla məşğul olmalı, təmiz hava qəbul etməlidirlər..

Mütəxəssislər bildirirlər ki, oturaq həyat tərzi nəticəsində yaranan piylənmələr ürək-qan damar xəstəlikləri, şəkərli diabet, hətta xərçəngin inkişafı baxımından risklidir.

Onların fikrincə, ən azı 3 ay oturaq həyat tərzi keçirənlərdə piylənmə prosesi başlayır və bu tədricən ciddi piylənmə ilə nəticələnə bilir.

Belə həyat tərzi keçirənlər üçün gündəlik ən azı 30 dəqiqə, həftəlik isə 150 dəqiqə fiziki aktivlik normal sayıla bilər. Bu, orta fiziki aktivlikdə yaşayanlar üçün kifayətdir.

Bir çoxları fiziki aktivlik barədə yanlış təsəvvürə malikdirlər: “Məsələn, yolda, dəniz sahilində iti olmayan addımlarla hərəkət etmək aktivlik sayılmır. Eləcə də qadınların ev şəraitində gündəlik gördükləri işlər aktivliyə misal ola bilməz”.  Sürətli yeriş, müxtəlif gimnastik hərəkətlər, yüngül kardio məşqləri ən yaxşı secimdir.

Qidalanmağa gəldikdə isə  onun sayını yox, həcmini azaltmaq daha məqsədəuyğundur. “Bəziləri artıq çəkidən azad olmaq üçün gündə bir dəfə qidalanır, bu, tamamilə yanlışdır. Əksinə gündə bir dəfə qidalanan insanlar kökəlməyə meylli olurlar və onların sağlamlıqları üçün ciddi problemlər yaranır.

 Həmçinin artıq çəkidən azad olmaz üçün karbohidratı tamamilə qida rasionundan çıxarmaq olmaz. Sürətlə çəki itkisi üçün bir çox hallarda proteinli qidalara üstünlük verilir, bu, tamamilə yanlışdır və orqanizm üçün ciddi fəsadlar yarada bilər. Meyvə-tərəvəzlərə, göyərtilərə üstünlük vermək daha məqsədəuyğundur. Bir boşqab yemək yeyiriksə, boşqabın yarısının tərəvəzə olması məsləhət görülür. Əgər siz də sağlam həyat yaşamaq istəyirsinizsə, məlumatlardan faydalanın, əlinizdə olan imkanlardan istifadə edib evdə özünüzə sağlam bir mühit yaradın.