• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 08.10.2020 14:22

Bərdədə restorana və məktəbin yaxınlığına raket düşüb, 7 nəfər yaralanıb

KepezTV Player

Təcavüzkar Ermənistanın silahlı qüvvələri yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla bu gün Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub. Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfərin yaralanmasına səbəb olub. Məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən atəş açıblar.