• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2212
— 08.10.2020 08:19

Dövlət başçısı vasitəçilərin mövqeyini dəyərləndirib

KepezTV Player

"Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar". Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində belə deyib. Qeyd edib ki, onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq.

"Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq". Bunu isə Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində deyib. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin bitərəf olmasına, heç bir tərəfi dəstəkləməməsinə diqqət çəkən dövlət başçısı münaqişənin həllində vasitəçi olan və qonşu dövlətlərin mövqeyini də dəyərləndirib.