• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1328
— 29.07.2020 19:26

Şəmkirdə ata və oğlunu elektrik cərəyanı vurub

KepezTV Player

Əcəl gələndə xəbər vermir və insanı harda, nə zaman haqlayacağını da bilmək olmur. Elə Şəmkirdəki kimi. Şəhərin Səməd Vurğun küçəsində ata və oğlunu elektrik cərəyanı vurub. 46 yaşlı Ağayar Güvəndiyev və 24 yaşlı Əli bədənin müxtəlif xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər ikisinə lazımi tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Yaxınlarının sözlərinə görə, elektrik naqili qırılıb evin dəmir qapısının üzərinə düşüb. Hadisə ata və oğlu qapını açıb evə girərkən baş verib.