• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 18.05.2020 20:09

Şəhərə giriş-çıxış tam nəzarətdədir

KepezTV Player

Bu gündən etibarən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər götürülsə də, bir sıra qadağalar hələ də qalır. Giriş-çıxışa qoyulan məhdudiyyətin qüvvədə olduğu şəhərlər sırasında Gəncə də var.

Nəqliyyat vasitələrinin Gəncəyə daxil olması və Nizami yurdundan çıxması şəhərin müxtəlif istiqamətlərində qurulan polis postları tərəfindən nəzarətdə saxlanılır. Qurulan postlarda icazəsi olmayan digər şəhər və rayonların sakinlərinin ölkənin ikinci böyük şəhərinin ərazisinə girməsinin qarşısı alınır. Xüsusi karantin rejiminin yumşaldılmasını düzgün başa düşməyən vətəndaşlar Gəncəyə gəlmək istəsələr də, postlardan geri qaytarılırlar.

Həmçinin giriş-çıxışlarda polis əməkdaşları sürücülərlə maarifləndirici söhbətləri də davam etdirilər. Koronavirusdan qorunmaq üçün tibbi maskadan istifadənin vacibliyi tövsiyə olunur.

Xüsusi karantin rejimi dövründə qurulan polis postlarından şəhərə yalnız operativ və xüsusi təyinatlı nəqliyyat vasitələri, "Azərpoçt"a məxsus olan avtomobillər, yük daşıyan maşınların sürücüləri və aidiyyati sərnişinləri buraxılır.

Xüsusi karantin rejimində Gəncənin 8 müxtəlif ərazisində giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı polis postları qoyulub. Sözügedən məhdudiyyətin müddəti artırılmayacağı təqdirdə mayın 31-dək davam edəcək.