• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 706
— 26.04.2020 20:37

Gəncəli iti zəka sahibləri Avropa çempionatına qatılacaqlar

KepezTV Player

Azərbaycan şahmatçıları Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə keçiriləcək onlayn qitə çempionatında iştirak edəcəklər. İti zəka sahibləri arasında gəncəli idmançılar da var.

Şahmatçılar fərdi qaydada internet vasitəsilə qeydiyyatdan keçməklə  yarışda qüvvələrini sınayacaqlar. Rapid növü üzrə təşkil ediləcək Avropa çempionatı İsveçrə sistemi ilə yaş kateqoriyalarından asılı olaraq 7 və ya 8 turdan ibarət olacaq. Turnirə son qeydiyyat müddəti mayın 14-də bitəcək. Azərbaycan şahmatçılarının qatılacağı yarışda Gəncənin 10-dan çox təmsilçisinin də mübarizə aparacağı gözlənilir.

Avropa çempionatı onlayn formada təşkil edilsə də, digər yarışlardan heç də geri qalmır. Çünki bir sıra yarışlara vəsiqə verəcək qitə çempionatında, həm də pul mükafatı təqdim olunacaq.

Mayın 16-31-i aralığında keçiriləcək Avropa çempionatında 48 ölkənin şahmatçıları yarışacaqlar. Turnirdə ayrı-ayrı aşağı yaş kateqoriyalarında da qaliblər bəlli olacaq.