• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 26.03.2020 16:35

"ShamkirChess" təxirə salındı

KepezTV Player

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi "ShamkirChess" turniri koronavirus səbəbindən təxirə salınıb. Bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, yarış nəzərdə tutulduğu vaxtda yəni mayda baş tutmayacaq. Məmmədov turnirin hansı tarixdə keçirilməsinə indidən qərar verməyin qeyri-mümkünlüyünü əlavə edib. Xatırladaq ki, "ShamkirChess" 2014-cü ildən keçirilməyə başlayıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 4, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə  turnirin qalibi olub. Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra 2014-cü ilin 11 yanvarında vəfat edib.