Heyvandarlıqla məşğul olan fermerlər arasında keçi təsərrüfatına marağın artmasını nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi ölkmizə İsveçrə və Fransadan “Saanen” və “Alpin” cinsli keçilərin gətirilməsinə qərar verib. Hazırda HETİ-də olan 300 baş keçi yaxın günlərdə fermerlərə təqdim olunacaq.
Gətirilən cins keçilər seleksiya tipli təsərrüfatların yaradılması məqsədi daşıyır. Azərbaycan iqliminə tez uyğunlaşdığı üşün mütəxəssislər “Saanen” və “Alpin” keçilərinin üzərində dayanıblar. Çünki bu keçilərin bəslənilməsi daha əlverişli, məhsuldarlıq baxımından daha sərfəlidir.
Vüqar Hüseynov KTN-nın şöbə müdiri:Kənd Təsərrüfatı Nazirliyi ölkədə heyvandarlığın inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirir. Bu kompleks tədbirlərin əsas istiqamətinin əsas məqsədi damazlıq tərkibinin yaxşılaşdırılmasıdır. Bununla bağlı olaraq Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda damazlıq-seleksiya işləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi təchizatçı şirkətlərə tövsiyə edir ki, ölkədə heyvanların cins-damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə yerli şəraitə daha tez uyğunlaşa bilən heyvan cinsləri gətirsinlər. Fermerlər də özünü doğruldan cinslərə üstünlük versinlər. Bu keçilər kimi ölkəyə gıtirilən iri buynuzlu heyvanlara da şamil edilir. Həm keçilər, həm də cins inəklər güzəştli şərtlərlə təklif edildiyindən fermerlərə mövcud subsidiya şərtləri barədə də məlumat verilib.
Vüqar Hüseynov KTN-nın şöbə müdiri: Əvvəllər “Aqrolizinq”in xətti ilə gətirilən texnika və damazlıq heyvanlara güzəştlər tətbiq olunurdu. İndi texnikada 40, damazlıq heyvanların gətirilməsində 60% güzəşt tətbiq olunur. Ölkə prezidentinin müvafiq fərmanından sonra heyvandarlıq sahəsində tətbiq olunan subsidiya güzəşti 60%-a çatdırılıb. Bu subsidiyaların verilməsində əsas məqsəd ölkəyə yerli şəraitə uyğun olan, məhsuldar, mədəni heyvan növlərinin, heyvan cinslərinin gətirilməsidir ki, cins tərkibi yaxşılaşsın.
HETİ-da xaricdən gətirilən keçilərin kifayət qədər yem bazası da yaradılıb. Hazırda 9 aylıq olan keçilərdən mart ayında bala alınacaq. Keçilərdən südlük və damazlıq istiqamətində gözləntilər böyükdür. Damazlıq olaraq gətirilən heyvanların fermerlər üçün əlçatanlığının asanlaşdırılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elektron platforma yaradılıb. Fermerlər platforma vasitəsilə heyvanların doğum tarixi, məhsuldarlığı, çəkisi, vurulan peyvəndlər və s. kimi məlumatlarla tanış ola bilərlər.
- Baxış: 636