• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 25.02.2020 12:30

Gəncədə səyyar qəbul keçirilib

KepezTV Player

Gəncənin Nizami rayon sakinləri onları narahat edən məsələlərlə bağlı şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət ediblər. Açıq mikrofon şəraitində keçirilən növbəti səyyar qəbulda su və mavi yanaqcağın verilişi, torpaq sahələri ilə təminat, əlilliyi olan şəxsin əməliyyatına köməklik, işlə təminat, ara yolların təmiri və gecə işıqlandırılması ilə bağlı məsələlər üstünlük təşkil edib. Bundan başqa sakinlər bəzi ərazilərdə avtobus dayanacağının quraşdırılmasını və 24 nömrəli marşrut xəttinin uzadılmasını da təklif ediblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digərlərinin isə qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.