• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 27.12.2019 12:04

Gələn ilin sonuna kimi bütün ölkə üzrə icbari tibbi sığorta sistemi tətbiq ediləcək

KepezTV Player

2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək.Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.Sistemə keçidin mərhələli şəkildə tətbiq ediləcəyini deyən Z.Əliyevin sözlərinə görə, gələn ilin ilk rübündə 20 rayon sistemə keçidlə əlaqədar yeni qayda ilə işləyəcək. Həmin dövrdə pilot layihənin tətbiq edildiyi 3 rayon da nəzərə alınarsa, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi rayonların sayı 23-ə çatacaq. İkinci rübdən qərb bölgəsi üzrə 17, 3-cü rübdən 14 rayon prosesə qoşulacaq.Keçidin 4-cü mərhələsində isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sistem tətbiq ediləcək.