• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 01.10.2019 21:49

Qoyunçuluqda süni mayalanma üsulu tətbiq olacaq

KepezTV Player

Qoyunçulq Respublikada ənənəvi sahələrdən biridir. Hazırda ölkə təsərrüfatlarında 13 cinsdən  8 milyon 600 min baş qoyun saxlanılır. Mütəxəssislər bu cinslərin də 5-6-sının məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığına diqqət çəkir. Qoyunçuluqda cinslərin qorunub saxlanması, eləcə də cirlaşmaması üçün Heyvandarlıq Elmi Tədqiqat İnsititutunda elmi aşarşdırmalara başlanılıb və dünya təcrübəsi öyrənilir. Kənd Təsərrüfatı Nazirliyinin “Qoyunçuluqda damazlıq işinin təşkili“ adlı layihəsi çərçivəsində institutun qoyunçuluq laboratorisyaının işçilərinə  Türkiyənin Qars Qafqaz universtetinin qoyunçuluq üzrə professorları treninqlər keçir.

Cihan Qaçar Türkiyənin Qars Qafqaz Universitetinin professoru: Bütün məqsədimiz mütamadi olaraq keçirəzəyimiz layihələrlə qoyunçuluğu inkiaf etdirməkdi. Azərbaycanda bu sahəni daha da irəli gətirək. Qoyun başına düşən ətin, südün, yunun keyfiyyətini də artıqmaq qarşımızda duran əsas məsələrdəndir.

Yavuz Öztürklər Türkiyənin Qars Qafqaz Universitetinin professoru: Bura bizə deyilənlərə görə iki xarici qoyun cinsi gətiriləcək. Burdaki qoyunların ətini və yununu artırmaq üçün çarpazlaşma, mələzləşmə ediləcəkdi. Bunun üçündə süni mayalanma texnalogiyası şərtdir. Bu texnalogiya ilə Azərbaycan qoyunçuluğu inkişaf edəcək.

Hazırda İspaniya, Uruqvay, Yeni Zenladiya, Avstriya eləcə də Türkiyənin özündə qoyunçuluğun inkişafı üçün süni mayalanma üsulundan geniş istifadə edilir. Bu üsülun bir çox üstünlüyü də var.

Mahir Hacıyev Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru: Bir sürüdən yüksək  bala vermə qabiliyyətinə malik olmaqla orda xəstəliklərin keçməsinin daha da qarşısının alınması eləcədə daha sağlam cinsin alınmasıdır. Həmçinin cins tərkibinin qorunub saxlanmasıdır. Burada əsasən təmiz qanlı cinslərin yetişdirilməsidir. Bununla bərabər yüksək məhsuldarlıq keyfiyyətinə malik olan heyvanların balasının alınmasıdır.

Hazırda Heyvandarlıq Elmi Tədqiqat İnistitutunda Yerli Bozax və Avasi qoyun cinsləri ilə Bozax qoyun cinsinin mələzi, eləcə də Qala qoyun cinsi üzərində elmi tədqiqatlar aparılır. Əgər nəticələr uğurlu olarsa və praktik şəkildə göstəricilər əldə edilərsə digər yerli cinslərin də üzərində tədqiqatların aparılması üçün əsas yaranar.

Müzakir Məmmədov Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri: Təbii şəraitdə 20 baş ana qoyuna 1 törədici qoç təhkim olunur. Əgər bu üsni mayalnma ilə edilirsə daha çox ola bilər. Bir qoçdan 150-300 qədər qoyunu mayalamaq olar. Bu da yükəsk məhsuldar qoçdan daha effektli, daha səmərəli istifadəsinə gətirib çıxarır.Sentyabırın 20-dən başlanılan treniq  bir il davam edəcək. Bu müddət çərçivəsində digər xarici ölkələrin də təcrübəsinin öyrənilməsi davam etdiriləcək. Paralel olraq bu üsulun sınaq təsərrüfatlarında tətbiqi də nəzərdə tutulur.