Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.11.2025 11:52
Bakıda və Abşeronda iki nəfər bədbəxt hadisə nəticəsində həlak olub
Bakıda 1939-cu il təvəllüdlü Sevil Cəbrayıl qızı Hüseynova evinin hamamında yıxılaraq ölüb.
Abşeronda isə 1980-ci il təvəllüdlü Ziyad Həsənov idarə etdiyi yük avtomobilinə mərmər yükləyən zaman daş onun üzərinə düşərək ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 45
