• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 16.08.2019 17:24

Üzüm bitkisində boz çürümə xəstəliyi yayıla bilər

KepezTV Player

Üzüm bitkisində yayılan oidium xəstəliyinə qarşı fermerlər məlumatdırılır. Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnsitutunun mütəxəssisləri xüsusilə avqustun ikinci ongünlüyündə təsərrüfat sahiblərini daha diqqətli olmağa çağırır.

Üzümçülük aqrar sektorun gəlirli sahələrindən biridir. Amma xəstəlik və zəzərvericilərə qarşı vaxtında mübarizə aparmadıqda fermer gəlir qazanm aq əvəzinə xərc çəkməli olur. ((SOT ХР 00:00:00 NAME: Sahib Cabbarov TITLE: aqrar elmlər üzrə fəlsəfə doktoru TEXT: Hazırda üzümdə oidium xəstəliyinə qarşı mübarizə tədbirlərini yekunlaşdırmışıq. Fermerlərə müraciət edərək oidium xəstəliyinə qarşı mübarizələrin aparılmasının vacibliyini onların diqqətinə çatdırmışıq. Bu xəstəliyi xüsusi göbələklər törədir. Temperaturun yüksək olması. Nəmliyin isə aşağı olması səbəbindən geniş yayılmışdır. Lakin fermerlər ciddi mübarizə apararaq bunun qarşısını alıb)). Hazırda sahələrdə suvarma tədbirləri yerinə yetirilir. Burada diqqətli olmaq lazımdır. Suvarma müddəti uzun olduqda gilələrin partlaması baş verir. Bu da boz çürümə xəstəliyinin yayılmasına şərait yaradır.

Sahib Cabbarov - aqrar elmlər üzrə fəlsəfə doktoru: Növbəti qorxulu xəstəlik boz çürümə xəstəliyidir. Bu üzüm salxımlarının şirəyə dolma vaxtı, yetişkənlik dövrünün ilkin mərhələsində yoluxmaya başlayır. Boz çürümə xəstəliyinə qarşı isə xəbərdarlıq edirik. Avqustun 10 –dan sonra onun yayılması gözlənilir. Çünkli təbiətdə onun törədicisinin kifayət qədər mənbələri var. Mütəxəssislər məhsul yığımından sonra üzüm bağlarında bir çox aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməli olduğunun vacibliyini vurğulayırlar. Bəs bu tədbirlər nədən ibarətdir?

Kazım Hüseynov - BMTBETİ-nin şöbə müdiri: Məhsul yığımından sonra yaxşı olar ki, fermerlərimiz zərərverici və xəstəliklərin mənbəyini azaltmaq məqsədilə insektoakariisitlərdən və insektofunqisitlərdən istifadə etməklə çiləmələr aparsınlar. Lakin məhsul yığımından təxminən 1 ay sonra yarpaqlar töküldükdə cərgəaralarına çürümüş peyin və mineral gübrələr verərək şumlanması məqsədə uyğundur. Cərgəaraları şumlandıqan sonra temperatur aşağı düşdükdə bağlarda dondurma suvarmasının aparılması lazımdır.

Həmçinin quru budama da aparılmalıdır. Bu zaman xəstəliyə yoluxan və zədəli budaqlar sahədən atılmalıdır. Yerinə yetirilən bütün bu işlər növbəti il bol məhsul götürməyə rəvac verir.