• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 10.06.2019 19:52

Oğlunu döyən ata saxlanılıb

KepezTV Player

Gəncə şəhərində 14 yaşlı oğlunu döyən ata barəsində cinayət işi başlanılıb. İyunun 3-də 14 yaşlı oğlunu taxta ilə döyən 47 yaşlı İlham Məmmədov polis tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Məmmədov sərxoş halda yeniyetmə övladını taxta parçası ilə döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.