• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 10.06.2019 15:45

Motosiklet ağaca çırpıldı, sürücü öldü

KepezTV Player

Zaqatalanın 3 Tala kəndi ərazisində qəza baş verib. Rayonun Fındıqlı kənd sakini, 30 yaşlı Qurban Xəlilov “İJ” markalı qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsini yolun kənarındakı ağaca vurub. Xəlilov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb. Motosikletdə olan sərnişin, Fındıqlı kənd sakini 31 yaşlı Xəyal Zurabov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.