• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1371
— 24.04.2019 16:07

Qaxda avtomobil yanıb

KepezTV Player

Fısdıqlı kəndində 65 yaşlı Məhəmməd Sadıqova məxsus kiçiktutumlu yük avtomobili hərəkətdə olarkən anidən alışıb. Sürücü avtomobilin yandığını görüb və qəza baş verməməsi üçün maşını yol kənarına çəkib. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Alov tez bir zamanda söndürülsə də, avtomobilin salon və mühərrik hissəsi yararsız vəziyyətə düşüb.