• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 22.04.2019 12:21

Qadını sifarişlə öldürüb yandıran şəxslər tutulub

KepezTV Player

Polis və prokuroroluq orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış və istintaq hərəkətləri tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində törədilmiş ağır cinayətin üstü açılıb. Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutulub.

Aprelin 17-də səhər saatlarında Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş vermiş hadisəni tərətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıb. Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə Validə İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını və onu qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarını bildiriblər.

25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əlavə əməliyyat nəticəsində baş vermiş ağır cinayətin sifarişçisinin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Həmidə Nəsibova ifadəsində Zita Dadaşov və Amil Piriyevlə tanışı Validə İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Nizami Rayon Prokuroroluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.