• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1818
— 20.02.2019 13:27

Uçuruma düşmək təhlükəsi ilə üzləşən maşındakı şəxslər xilas edilib

KepezTV Player

Quba rayonunun Təngəaltı kəndi ərazisində qarlı yolda sürüşərək uçuruma düşmək təhlükəsi ilə üzləşən “Toyota” markalı minik avtomobilindəki şəxslər xilas edilib. Köməksiz vəziyyətdə qalan Bakı şəhər sakini Aqşin Həşimov və Xırdalan şəhər sakini Amil Əliyev avtomobildən əraziyə gələn dövlət yol polisi əməkdaşları tərəfindən çıxarılıb.Qubaya istirahət məqsədi ilə gələn hər iki şəxs hadisə nəticəsində xəsarət almayıb.