• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 14.02.2019 14:19

Özü narkotiklə saxlanıldı, qohumunu da tutdular

KepezTV Player

Paytaxda Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər. Belə ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb. Üzərinə baxış zamanı 11 büküm heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən qohumu, əvvəllər məhkum olunmuş Bakı sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib.Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb və barələrində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.