• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 10.08.2018 14:59

Gəncədə Avstraliya səfiri ilə bölgənin turizm imkanları müzakirə edilib

KepezTV Player

Avstraliyanın Azərbaycanda da akkreditə olunan Türkiyədəki səfiri Mark İnnes-Broun Gəncəyə səfər edib. Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşdə diplomata Gəncənin sosial, iqtisadi və mədəni həyatı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, qədim İpək Yolunun üzərində yerləşən şəhərdə yerli və beynəlxalq layihələr uğurla reallaşdırılır. Gəncənin bir çox beynəlxalq tədbirlərə layiqli şəkildə ev sahibliyi etdiyi də vurğulanıb. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daim Azərbaycanın yanında olduğunu bildirən avstraliyalı səfir Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib. Mark İnnes-Broun iki ölkə arasında çoxsahəli münasibətlərin qurulması üçün işlər görüldüyünə diqqət çəkib. Bölgənin turizm potensialını yüksək qiymətləndirib. Daha sonra qonaq Nizami və Kəpəz bələdiyyələrinin sədrləri ilə görüşüb. Diplomata yerli özünüidarəetmə orqanlarının fəaliyyəti haqqında ətraflı məlumat verilib, həyata keçirilən sosial layihələrin önəmindən danışılıb. Mark İnnes-Broun Avstraliya və Azərbaycan bələdiyyələri arasında təcrübə mübadiləsi aparılmasının və bu sistemin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Mark İnnes-Broun - Avstraliyanın Azərbaycanda akkreditə olunmuş səfiri: Mən ilk dəfədir ki, Gəncəyə səfər edirəm. Bu şəhərin tarixi zənginliyi məni həqiqətən də təəccübləndirdi. Azərbaycanın bölgələrini gəzərkən müxtəlif sahələr üzrə yüksək iqtisadi potensialın şahidi oldum. Gəncədə keçirdiyim görüşlərdə bu qənaətə gəldim ki, Avstraliya şəhərləri ilə Gəncənin hərtərfli yaxınlaşması üçün səylərimi artıracağam. Avstraliyalı turistlərin Azərbaycana, xüsusilə də qərb bölgəsinə səfərlərinin təşkili üçün lazımi işləri aparmağı da planlaşdırıam.

 

Xaliq Qurbanlı